Xidmət 02
Vergi xidmətləri
Vergi öhdəlikləri düzgün idarə olunmadıqda ən kiçik gecikmə belə maliyyə itkisinə çevrilə bilər. Məqsədimiz bu riskləri əvvəlcədən görmək və aradan qaldırmaqdır.
Xidmətin məzmunu
Fəaliyyət növünüzə və vergitutma rejiminizə uyğun olaraq bütün bəyannamələri hazırlayır, müddətlərə nəzarət edir və elektron vergi sistemi üzərindən təqdim olunmasını təmin edirik.
Vergi orqanlarından daxil olan sorğu və bildirişlərə cavabların hazırlanmasında, kameral və səyyar yoxlamalara hazırlıq prosesində şirkətinizin yanında oluruq.
Xidmətə nələr daxildir?
- Vergi uçotunun qurulması və aparılması
- Aylıq, rüblük və illik bəyannamələrin hazırlanması
- ƏDV uçotu və elektron qaimə-fakturalara nəzarət
- Vergi orqanlarının sorğularına cavabların hazırlanması
- Vergi yoxlamalarına hazırlıq və müşayiət
- Vergi risklərinin qiymətləndirilməsi
Kimlər üçün uyğundur?
Vergi öhdəliklərini tam və vaxtında yerinə yetirmək, gözlənilməz cərimə risklərini azaltmaq istəyən bizneslər üçün.
Əlaqə
Bizimlə əlaqə saxlayın
Sualınızı yazın və ya birbaşa zəng edin — biznesiniz üçün uyğun həlli birlikdə müəyyən edək.
Telefon+994 55 555 56 54Növbəti addımlar
- 1Müraciətinizi formu doldurmaqla və ya zənglə göndərirsiniz.
- 2Mütəxəssisimiz sizinlə əlaqə saxlayıb ehtiyacınızı dəqiqləşdirir.
- 3İlkin görüş təyin edir və sizə uyğun həlli təklif edirik.
Müraciət formu
Formu doldurun, sizinlə əlaqə saxlayaq.
