Xidmət 01
Mühasibat uçotu
Mühasibat uçotu biznesin maliyyə yaddaşıdır. Biz bu yaddaşı dəqiq, ardıcıl və istənilən an yoxlanıla bilən formada qururuq.
Xidmətin məzmunu
Şirkətinizin gündəlik əməliyyatlarını ilkin sənədlər əsasında qeydə alır, hesablar planına uyğun təsnifləşdirir və dövri olaraq uzlaşdırırıq. Nəticədə rəhbərlik hər ayın sonunda aydın və etibarlı maliyyə mənzərəsi əldə edir.
Uçotu sıfırdan qurmaq, mövcud uçotu bərpa etmək və ya daimi autsorsinq əsasında aparmaq — hansı modelin sizə uyğun olduğunu ilkin görüşdə birlikdə müəyyən edirik.
Xidmətə nələr daxildir?
- İlkin sənədlərin yoxlanılması və uçota alınması
- Bank və kassa əməliyyatlarının uçotu
- Debitor və kreditor borclarının uzlaşdırılması
- Əsas vəsaitlər və mal-material ehtiyatlarının uçotu
- Uçot siyasətinin hazırlanması
- Keçmiş dövrlər üzrə uçotun bərpası
Kimlər üçün uyğundur?
Daxili mühasibatlıq şöbəsi olmayan və ya uçotu peşəkar autsorsinqə vermək istəyən şirkətlər üçün.
Əlaqə
Bizimlə əlaqə saxlayın
Sualınızı yazın və ya birbaşa zəng edin — biznesiniz üçün uyğun həlli birlikdə müəyyən edək.
Telefon+994 55 555 56 54Növbəti addımlar
- 1Müraciətinizi formu doldurmaqla və ya zənglə göndərirsiniz.
- 2Mütəxəssisimiz sizinlə əlaqə saxlayıb ehtiyacınızı dəqiqləşdirir.
- 3İlkin görüş təyin edir və sizə uyğun həlli təklif edirik.
Müraciət formu
Formu doldurun, sizinlə əlaqə saxlayaq.
